Şərtlər və Qaydalar

AVTODAŞIYICILAR ILƏ ÇATDIRILMA

”Auto409 Transports Logistic” şirkəti avtomobil sənayesinin müxtəlif növ məhsullarının çatdırılması üzrə logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir: Minik avtomobillərinin çatdırılması. Avtomobil, xüsusi texnika və komplektləşdirici hissələr bazarı son illər fəal inkişaf edir: avtokonsernlər istehsalını artırırlar, idxal və ixracın həcmi də artır, diler şəbəkəsi genişlənir. Müvafiq olaraq, bu seqmentdə nəqliyyat-logistika xidmətlərinə tələbat artır. ”Auto409 Transports Logistic” şirkəti minik avtomobillərinin, xüsusi texnikanın və ehtiyat hissələrinin beynəlxalq daşınmasının üstünlüklərindən istifadə etməkdə öz müştərilərinə kömək edir. Şirkətimiz 4 ildən artıqdır, əsasən Avropa ölkələri olmaqla Almaniya Baltikyanı, Skandinaviya, MDB, Mərkəzi Asiya ölkələri hərəkət marşrutları üzrə minik avtomobilləri təhlükəsiz və dinamik catdırılmasını təşkil edir. Bizim əməkdaşlarımız müştərinin fərdi tələbatlarını nəzərə alırlar, daşımanı sərfəli qiymətlər üzrə müəyyən edilmiş müddətə ciddi uyğun olaraq təmin edirlər. İri nəqliyyat şirkətləri ilə əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparmağı və yüksək xidmət səviyyəsini qorumağı bacarırıq.

”Auto409 Transports Logistic” şirkəti avtomobil ehtiyat hissələrinin, minik avtomobillərinin və xüsusi texnikanın daşınması üçün ixtisaslaşdırılmış nəqliyyatdan istifadə edir və şirkətimiz həmçinin 11 ildən artıqdır avtomobil ehtiyat hissələrinin pərakəndə və topdan satışı ilə də məşquldur. Yerüstü nəql üçün standart nəqliyat vasitələrindən və avtomobil transportyorlarından istifadə olunur. O cümlədən, şirkətimiz avtomobil transportyotları ilə minik avtomobillərinin daşınmasını həyata keçirir (həmçinin, yükün təhlükəsizliyinə zəmanət verməklə baha qiymətli avtomobillərin daşınması). Minik avtomobillərinin ”Auto409 Transports Logistic” şirkəti iri nəqliyyat şirkətləri ilə əməkdaşlıq edir ki, bu da çatdırılmanın tələb olunan şərtlərinə əməl etməyə, malların təhlükəsizliyini təmin etməyə və xərcləri azaltmağa imkan verir. Müxtəlif avtomobillərdən istifadə geniş ixtisaslaşmanı təmin edir və malların həcmləri 1 palletdən çoxtonlu layihə yüklərindək olan partiyalarını çatdırmağa imkan verir. Əməkdaşlarımız ehtiyac olarsa, nəqliyyatın bir neçə növündə istifadə etməklə multimodal nəql sxemlərini tərtib edirlər

Son illər nəqliyyat sahəsi fəal inkişaf edir. Avtomobil istehsalçıları buraxılan məhsulların sayını çoxaldır, idxal və ixrac həcmləri artır, distribusiya şəbəkəsi genişlənir. Bunun nəticəsi olaraq, bazarın bu sektorunda nəqliyyat-logistika xidmətlərinə tələbat artır. ”Auto409 Transports Logistic” şirkəti nəqliyyat vasitələrinin və avtomobil sənayesinin digər məhsullarının avtodaşıyıcılarla çatdırılmasını təklif etməklə nəqliyyat və logistika xidmətlərinin geniş çeşidini təqdim edir. ”Auto409 Transports Logistic” şirkəti Avropa, MDB və Mərkəzi Asiya ölkələri ərazisində avtomobillərin daşınmasının münasib marşrutlarını hazırlayırlar.

NƏQLİYYAT NÖVLƏRİ

”Auto409 Transports Logistic” şirkəti daşınmanın maksimum təhlükəsizliyini və etibarlı servisə görə verilən zəmanətləri təmin etmək üçün 2,3,4 və ya 8-10 yerlik xüsusi avtodaşıyıcılardan istifadə edir. Sifarişçinin tələbatlarından asılı olaraq, daşınma üçün uyğunlaşdırılmış avtomobil vasitələrindən istifadə olunur:  Açıq avtodaşıyıcılar dartıcı və xüsusi qoşqudan təşkil olunub. Ona bir-birinin ardınca avtomobillər yüklənir. Avtomobillər təkəraltı dirəklərin, kəmərlərin və iplərin köməkliyi ilə etibarlı şəkildə möhkəm bağlanır. Örtülü və ya tentləşdirilmiş avtodaşıyıcılar xüsusi örtü – tent sayəsində nəqliyyatı müxtəlif zədələrdən əlavə olaraq qoruyur. Avtonun örtülü avtodaşıyıcı ilə çatdırılması təkərlərin altından sıçrayan daşlardan, habelə çirklənmədən – yoldakı toz və ya atmosfer yağıntısından əlavə müdafiəyə zəmanət verir. Evakuator bir neçə avtomobili müxtəlif yerlərdən daşımağa imkan verir. Nəqliyyat tərəfdaşların təcrübəli sürücüləri avtomobil vasitələrinin avtodaşıyıcıya yüklənməsi və bərkidilməsinə görə məsuliyyəti başa düşürlər. Göndərən və alan şəxs yarımqoşquya yüklənmə və sonrakı boşaltma zamanı yükləmə-boşaltma prosesinin təhlükəsizliyi üçün xüsusi pandus təqdim etməlidirlər.

DAŞIMA ŞƏRTLƏRİ

”Auto409 Transports Logistic” şirkəti nəqliyyat vasitələrinin geniş çeşidini – xüsusi texniki vasitələr, minik avtomobilləri, xüsusi təyinatlı avtomobillər, ondan artıq adamın daşınması və yükdaşımalar üçün motorlu nəqliyyat vasitələri, motosikletlər, traktorlar, sənaye təyinatlı özügedən nəqliyyat vasitələri -  daşıyır. ”Auto409 Transports Logistic” komandası bütün dünyada tanınmış avtomobil istehsalçılarının - Porshe, Bentley və Tesla markalarının premium sinifli avtomobillərini dəfərlələ daşıyıb. Şirkətin ekspertləri çoxillik təcrübə sayəsində lüks maşınların daşınması üzrə peşəkar xidmət göstərir. Belə maşınlara misal olaraq, Hyundai Equus (şirkətin avtomobillər silsiləsində ən böyük və bahalı sedanı), Hyundai Genesis-i (premium sport-sedan) göstərmək olar. Şirkətin mütəxəssisləri biznes-sinif avtomobillərin, məsələn, Volkswagen Phaeton və Audi A8L-in nəqlini qüsursuz təşkil edir. ”Auto409 Transports Logistic” mütəxəssisləri üçün müxtəlif minik avtomobilləri, motosikletlər, mikroavtobuslar və dartıcıları daşımaq da adi hala çevrilib – ekspertlər avtomobilin təhlükəsiz çatdırılmasını göstərilən müddət ərzində yerinə yetirir.

ÜSTÜNLÜKLƏRİMİZ

İxtisaslı heyət. Şirkətlər qrupunun ekspertləri Müştərinin fərdi tələbatlarını nəzərə alırlar vı avtomobil məhsulunun vaxtında tədarük edilməsinə zəmanət verirlər. İstifadə olunan nəqliyyatda quraşdırılmlş müasir naviqasiya sistemi yükün salamatlığını izləməyə təminat verir. Çevik qiymət siyasəti. Avtomobillərin avtodaşıyıcı ilə çatdırılması zamanı yüklərin “bütün risklərdən” sığortalanması vacib üstünlükdür. ”Auto409 Transports Logistic” Müştərilərinin məhsulu  Zurich Versicherungs-Gesellschaft AG (Zurich Insurance Company Ltd) (İsveçrə), Basler Versicherung AG (İsveçrə) və Aktiv Assekuranz (Almaniya) kimi Avropanın iri və etibarlı sığorta şirkətlərində, eləcə də Rusiya, Belarus və Ukraynanın milli sığorta şirkətlərində sığortalanır.

COĞRAFİYAMIZ

”Auto409 Transports Logistic” mütəxəssisləri 20 ildən artıqdır avtomobillərin Avropa ölkələri üzrə daşınması üçün münasib marşrutlar hazırlayırlar. Bunlar Almaniya, Hollandiya, Benilüks ölkələri, Fransa, Çexiya, Polşa, İtaliya, İspaniya, Slovakiya, Macarıstan, eləcə də Litva, Estoniya və Finlandiyadır. Ekspertlərdən ibarət komanda, həmçinin nəqliyyat vasitələrinin MDB ölkələrinə qədər – Belarus, Rusiya və Qazaxıstanadək çatdırılmasında maraqlı olan Müştərilərə xidmət göstərir. Özbəkistan, Tacikistan və Gürcüstan da şirkətin əhatə dairəsindədir.

QAYDA/SƏNƏDLƏR

Avtomobillərin daşınması çoxsaylı milli və beynəlxalq aktlarla tənzimlənir. AsstrA-nın ekspertləri avtomobil nəqliyyatı ilə yükdaşımaların tənzimlənməsi sahəsində baş verən dəyişiklikləri çox diqqətlə izləyir və hər bir sifarişin səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla vaxtında və təhlükəsiz daşımanı təmin edir. Avtomobillərin avtodaşıyıcı ilə çatdırılması daşınma üzrə yol verilən qabaritlərdən artıq ola bilər ki, bunun da hərəkətin digər iştirakçıları üçün təhlükəyə çevrilmə ehtimalı var. Şirkətin mütəxəssisləri əndazəsiz malların daşınması zamanı müvafiq orqanlarda nəqlin sxemini razılaşdırırlar, çatdırılmanı xüsusi avtomobillərlə müşayiət edirlər və ehtiyac yaranarsa, digər təşkilati-texniki tədbirlər görürlər.